Futbolçu skuterlə adam öldürdü
Fransanın “Renn” komandasının futbolçusu qəsdən adam öldürmə ittihamı ilə nəzarətə götürülüb.
Msport.az Fransa mətbuatına istinadla xəbər verir ki, buna Liqa 1 təmsilçisinin adı açıqlanmayan 18 yaşlı üzvünün elektrikli skuterlə 51 yaşlı qadını vurması səbəb olub. Həmin şəxs hadisədən bir neçə gün sonra dünyasını dəyişib.
Müayinə zamanı naməlum oyunçudan alkoqol və narkotik maddələri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.