Futbolçular Linekerə görə boykot edə bilərlər
İngiltərə Premyer Liqasında çıxış edən bəzi futbolçular oyun sonrası müsahibələrdən imtina edə bilərlər.
Msport.az xəbər verir ki, onlar bu yolla BBC-dən uzaqlaşdırılmış Hari Linekerə dəstək verəcəklər.
Məlumata görə, oyunçular boykotla bağlı İngiltərə Peşəkar Futbolçular Assosiasiyasına (RFA) müraciət göndəriblər.
Klublar və futbolçuların hüquqlarını qoruyan RFA-nın bu məsələdə oyunçulara tam dəstək verəcəyi gözlənilir.
Xatırladaq ki, Lineker Britaniya hökumətini tənqid etdiyi üçün BBC-nin “Match of the Day” proqramından uzaqlaşdırılıb.
Daha sonra İan Rayt, Alan Şirer, Aleks Skott da dəstək məqsədi ilə verlişə çıxmaqdan imtina ediblər.
ANAR ABDULLAYEV