featured-image-66001

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva “Zenit”in heyətində Rusiya Superkubokunun qalibi olub.

Msport.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda “Lokomotiv”i (Moskva) 3:0 hesabı ilə mğlub edib.

Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.

Bənzər xəbərlər