featured-image-55344

İtaliyalı İzabella İnterno təxminən 35 il əvvəl futbolçu Denis Berqaminini qətlə yetirdiyinə görə 16 il həbs cəzasına məhkum edilib.

Msport.az xəbər verir ki, məhkəmə İtaliyanın Kozenza şəhərində baş tutub. 1989-cu ildə Berqamininin cəsədi Roseto Kapo Spuliso kommunası yaxınlığındakı magistral yolda tapılıb. Həmin vaxt idmançının 27 yaşı olub.

Əvvəlcə futbolçunun yük maşını tərəfindən vurulduğu güman edilsə də, 2017-ci ildə onun cəsədi əlavə müayinə üçün eksqumasiya edilib. Nəticədə məlum olub ki, Denis şəxsi münasibətlər zəminində boğularaq öldürüldükdən sonra yük maşınının altına atılıb.

Qeyd edək ki, yarımmüdafiəçi mövqeyində çıxış etmiş D.Berqamini son olaraq yerli “Kozenza” klubunun formasını geyinib.

Bənzər xəbərlər