featured-image-40547

“Santos” Braziliya A Seriyasını tərk edəndən sonra klubun azarkeşləri komandanın futbolçusu Stiven Mendosanın avtomobilini yandırıblar.

Msport.az xəbər verir ki, bu barədə “O Globo” məlumat yayıb.

Stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Təhlükəsizliyin gücləndirilməsi üçün helikopterlər və hərbi polis çağırılıb.

Qeyd edək ki, “Santos” A Seriyasını ilk dəfə tərk edib. 1912-ci ildə yaradılmış klub səkkiz dəfə milli çempionatın və üç dəfə Libertadores kubokunun qalibi olub.

Bənzər xəbərlər