featured-image-71243

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolçuların aut atışları və qapı zərbələri zamanı vaxt itirməsinin qarşısını almaq üçün geri sayım tətbiqi ideyasını gündəmə gətirib.

Msport.az xəbər verir ki, məsələ IFAB-ın Futbol və Texniki Məsləhət Paneli (FAP–TAP) iclasında müzakirə edilib.

 

Yeni qayda ideyası belədir:

– Aut və qapı zərbələrinə müəyyən vaxt limiti qoyulması planlaşdırılır.

– Məqsəd xüsusilə Premyer Liqada artan uzun aut atışları və qapı zərbələri ilə əlaqədar oyunun gecikməsinin qarşısını almaqdır.

– Qapıçılar üçün bu il tətbiq edilən 8 saniyəlik top saxlama limiti ilə oxşar mexanizm nəzərdə tutulur.

– Əgər qapıçı topu vaxtında oyuna buraxmasa, rəqib komanda küncdən zərbə qazanacaq.

Bənzər xəbərlər