featured-image-17239

Macarıstanlı futbolçu Kristian Tot ömürlük futboldan uzaqlaşdırılıb.

Msport.az xəbər verir ki, buna Totun əvəzedici liqada meydançanın kənarında silahla dayanması səbəb olub.

Qarşılaşmanın köməkçi hakiminin atası sosial şəbəkədə meydançada silahlı futbolçunun fotosunu görüb. Daha sonra Macarıstan Futbol Federasiyasına insident barədə məlumat verilib. Kristian Tota qarşı təqib və hədələmə maddələri ilə cinayət işi açılıb. Oyunçu məsələ ilə bağlı açıqlama da verib:

“Hərəkətlərim zarafat idi. Heç kimi incitmək istəmirdim. Silah meydandakı futbolçulardan birinin oğluna məxsusdur və sadəcə, plastik oyuncaqdır. Xüsusi bir şey yoxdur. O an ağlıma belə gəlmirdi ki, ehtiyatsız zarafatın nəticələri nə ola bilər. Dərhal peşman oldum. Çox üzr istəyirəm. Başqalarına, özümə və idmana problem yaratmaq son dərəcə axmaqlıq idi”.

Bənzər xəbərlər