featured-image-82510

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki,  Mamadi Banqre ilə müqavilə imzalanıb.

Son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Banqre ilə 1+2 illik müqavilə imzalanıb. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.

Bənzər xəbərlər