"Neftçi" nəhayət ki, onunla yollarını ayırdı - RƏSMİ
“Neftçi” nəhayət ki, qapıçı Kenan Piriçlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ötən ilin yayında transfer olunmuş bosniya və herseqovinalı futbolçu “ağ-qaralar”ın heyətində 29 rəsmi oyun keçirib.
Qeyd edək ki, Piriçin meneceri bir müddət əvvəl sosial şəbəkədə və mətbuatda “Neftçi”ni və klubun digər qapıçılarını tənqid etmişdi.







