featured-image-82498

İspaniya La Liqası klubların heyət xərcləri üzrə maaş limitlərini yeniləyib.

Msport.az xəbər verir ki, göstəricilər hər bir komandanın gəlirləri, xərcləri və borc öhdəlikləri nəzərə alınmaqla heyətinə xərcləyə biləcəyi məbləği əks etdirir.

Yenilənmiş məlumatlara əsasən, “Barselona”nın maaş limiti əvvəlki 432 milyon avrodan 582,769 milyon avroya yüksəlib. Buna baxmayaraq, Kataloniya təmsilçisi heyət xərcləri baxımından Madridin “Real” klubundan geri qalır.

“Real”ın limiti isə əvvəlki 761 milyon avrodan 832,786 milyon avroya çatıb. Madrid təmsilçisi bununla da yeni rekord müəyyənləşdirib.

 

La Liqa klublarının 2026/2027-ci illər mövsümü üzrə maaş limitləri:

  1. “Real” – 832,786 milyon avro
  2. “Barselona” – 582,769 milyon avro
  3. “Atletiko” – 361,287 milyon avro
  4. “Vilyarreal” – 170,564 milyon avro
  5. “Betis” – 142,847 milyon avro

Bənzər xəbərlər