featured-image-82477

Mehdi Mişahşahın transferi “Zirə”yə havayı başa gəlməyib.

Msport.az Mərakeş mətbuatına istinadən xəbər verir ki, Bakı klubu mərkəz müdafiəçisinin keçidi üçün “Raja Kasablanka”ya təzminat ödəyib.

Çünki 22 yaşlı oyunçunun mərakeşlilərlə müqaviləsi davam edirdi. Rəsmi açıqlanmasa da, keçidin “Zirə”yə təxminən 325 min avroya başa gəldiyi iddia olunub. Bununla Mişahşah karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Mehdi Mişahşah “Zirə” ilə 3 illik müqavilə imzalayıb. O, Premyer Liqa klubunda 33 nömrəli formanı geyinəcək.

Bənzər xəbərlər