“Neftçi” legionerini Kiprə göndərir
“Neftçi”nin yarımmüdafiəçisi Sessi Dalmeyda Azərbaycanı tərk edə bilər.
Msport.az xəbər verir ki, 30 yaşlı orta sahə oyunçusunun yenidən bu ölkədə çıxış etmək variantı yaranıb.
Benin millisinin üzvü heyətində yenilənməyə gedən “ağ-qaralar”da əsas heyətə düşə bilmir. Bu üzdən bakılıların onunla yollarını ayırmağa müsbət yanaşdığı vurğulanıb. “Apollon”un sabiq futbolçusu Kiprin bir neçə komandasının maraq dairəsinə düşüb.
Qeyd edək ki, Sessi Dalmeyda “Neftçi”yə ötən ilin yayında məhz “Apollon”dan keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.







