featured-image-61010

Futzal üzrə Azərbaycan millisi bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, V qrupda yer alan komandamız Yunanıstanı qəbul edəcək.

Buna qədər qrupda millimiz 2, yunanlar isə 1 oyun keçiriblər. Vitali Borisovun yetirmələri Çexiya ilə bərabərə qalıb (3:3), Xorvatiyaya (2:9) məğlub olubsa, rəqibimiz İsveç üzərində 4:1 hesablı qələbə qazanıb.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 

4 fevral

AVRO-2026. Əsas mərhələ, V qrup

20:00. Azərbaycan – Yunanıstan

Hakimlər: Telmen Undrakh, (Norveç), Jacob Pawlowski (Almaniya), Dag Erik Tangvik (Norveç)

Timekeeper: Ramil Namazov (Azərbaycan)

Hakim-inspektor: Stefan Tivold (Sloveniya)

UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)

Bakı İdman Sarayı

Bənzər xəbərlər