featured-image-40883

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raundunda növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda beşinci matçında Rumıniya ilə üz-üzə gələcək.

Bakıda İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək. A qrupunun digər görüşündə Qazaxıstan Niderlanda qalib gəlib – 2:0.

Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.

Qeyd edək ki, yığmamız dekabrın 20-də Niderlandın qonağı olacaq. Rumıniya isə Qazaxıstanı qəbul edəcək.

Bənzər xəbərlər