"Gələn həftə böyük döyüş olacaq" - Frenk Lempard
“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının 1\4 final mərhələsinin ilk oyununda “Real”a məğlubiyyəti (0:2) şərh edib. Msport.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis cavab matçına inamlı çıxmalı olduqlarını bildirib:
“Mən sona qədər meydanda olan 10 futbolçumla (Çiluell 59-cu dəqiqədə qırmızı vərəqə qalıb- red) fəxr edirəm. Sadəcə standart vəziyyətlərdən qol buraxmağımız məyus edir.
Düşünmürəm ki, 10 nəfərlə qalanda rəqib bizi dağıtdı. Bu bizim xarakterimiz sayəsində mümkün oldu. Feliks, Sterlinq və Mauntun qol vəziyyətləri oldu.
Bu oyunda yaxşı şeylər oldu – amma reallıq nəticədir. “Stemford Bric”də xüsusi hallar yaşanır. Ona görə də inanmalıyıq.
Biz də rəqib kimi yaxşı komandayıq. Lakin özümüzə inam çatmır. Futbolçular başa düşmürlər ki, onlar nə dərəcədə yaxşıdırlar. Gələn həftə böyük döyüş olacaq.
Biz daha pozitiv olmalıyıq. Əgər bunu eləsək…Mən “Stemford Bric”dəki o gecələrdə iştirak etmişəm. Bu cür də davam etmək lazımdır”.
ANAR ABDULLAYEV







