featured-image-28328

PSJ-nin baş məşqçisi Kristof Qaltye növbəti mövsümdə komandada işləməyi planlaşdırır. Msport.az RMC Sport-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisə ciddi təzyiqlər olsa da, o, fəaliyyətini davam etdirmək niyyətindədir:

“Biz Kampuşla (idman direktoru-red.) gələn mövsüm heyətdə hansı dəyişiklilər olacaq, bunun strukturunu qururuq. Gələn mövsüm PSJ-də fəaliyyətimi davam etdirmək niyyətindəyəm.

Mövsümün yekunları çempionatın axırında müzakirə olunacaq. Lakin unutmamlıyıq ki, bu mövsüm bir qədər fərqli oldu. Mövsümün ortasında milli komandaların iştirakı ilə əsas yarış – dünya çempionatı keçirildi. Biz çempionatın birinci hissəsində və fasilədən sonra nələr baş verib, bunu təhlil etməliyik.

Bilirik ki, nəyin üzərində işləməliyik, heyəti necə gücləndirməliyik. İnanın ki, çox oyunçular PSJ-yə keçmək istəyirlər”.

Qeyd edək ki, bir müddət öncə Paris klubunun Qaltyeni istefaya göndərməyə hazırlaşdığı barədə xəbər yayılmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər