Gənc futbolçunun cəsədi tapıldı
İspaniyanın “Kordoba” klubunun 18 yaşlı futbolçusu Alvaro Prietonun cansız bədəni aşkarlanıb.
Msport.az xəbər verir ki, bu barədə yerli AS nəşri məlumat yayıb.
Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.