Gənc gürcü istedad A seriyasına yollandı
Yeni mövsümdən A seriyasında mübarizə aparacaq “Frazinone” gənc gürcü istedad Georgi Kvernadze ilə müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, İtaliya klubu 20 yaşlı futbolçunu bir illik icarəyə götürüb.
“Frazinone” gələn il vingerin transfer hüquqlarına yiyələnə bilər.
Kvernadze ötən mövsüm Batumi “Dinamo”sunun heyətində 7 oyunda 1 qol vurub. O, buna qədər vətənində “Telavi”, “Saburtalo”, “Kolxeti” klublarında da formasını geyinib. Kvernadze Gürcüstanın U-21 millisinin üzvüdür.
ANAR







