Gənc ukraynalı futbolçu İngiltərə klubuna keçir
İngiltərənin “Bornmut” klubu Kiyev “Dinamo”sunun futbolçusu İlya Zabarnını transfer edəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
20 yaşlı mərkəz müdafiəçisi bu gün İngiltərəyə gedərək tibbi müayinədən keçəcək. “Bornmut” 20 oyundan sonra 17 xalla İngiltərə Premyer Liqasında 18-ci yeri tutur.
2020-ci ildən milliyə dəvət alan oyunçu Ukrayna yığmasında 22 görüşdə meydana çııxıb.
ANAR ABDULLAYEV







