featured-image-23792

Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” üzərində qələbəni özünəməxsus şəkildə qeyd edib.

Msport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransı zamanı pivə içib.

Belçikalı baş məşqçi jurnalistlərdən birinin sualını cavablandırmazdan öncə “Bu qələbəyə içəcəyik” deyib.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Qarabağ”a uduzan (0:1) “Gent” cavab görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri adını 1/8 finala yazdırıb.

Bənzər xəbərlər