"Gent"in baş məşqçisinin doğum günüdür - "Qarabağ" onu necə "təbrik" edəcək?
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off oyununda “Gent”lə qarşılaşacaq. Msport.az xəbər verir ki, Belçika klubunun baş məşqçisi Heyn Vanxazebrukun bu gün doğum günüdür.
Belçikalı mütəxəssisin 58 yaşı tamam olur. “Gent”in rəsmi tvitter səhifəsi təcrübəli mütəxəssisi təbrik edərək “bu gün əla nəticə ilə ad gününü qeyd edirik” sualını qoyub.
Xatırladaq ki, “Qarabağ” – “Gent” matçı bu gün saat 21:45-də start götürəcək.
ANAR ABDULLAYEV







