Gerd Mülleri geridə qoydu
Polşa millisinin və İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski yeni naliyyətə imza atıb.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Avropanın top 5 Liqası – İngiltərə Premyer Liqası, İspaniya La Liqa, İtaliya A Seriya, Almaniya Bundesliqası, Fransa Liqa 1 tarixində bombardirlər siyahısında üçüncü yerə yüksəlib. O, La Liqanın X turunda “Sevilya” ilə keçirilmiş matçda (5:1) dubl etməklə buna nail olub.
Levandovskinin aktivində hazırda 366 qol var. O, almaniyalı əfsanəvi futbolçu Gerd Mülleri (365 qol) geridə qoyub.