Gilermo Oçoa Kipr klubunda
Meksika millisinin qapıçısı Gilermo Oçoanın yeni ünvanı məlum olub.
Msport.az xəbər verir ki, 40 yaşlı qapıçı AEL-ə keçib.
Bu barədə Kipr təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oçoa Limassol klubu ilə 1 illik müqavilə imzalayıb.
Oçoanın son ünvanı Portuqaliyada “ABC Sad” olub.