featured-image-23156

“Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu Kataloniya klubunun ünvanına səslənən ittihamları rədd edib.

Msport.az xəbər verir ki, “Barselona” İspaniya Hakimlər Komitəsinin üzvlərindən birinin hesabına pul vəsaiti köçürməkdə günahlandırılır.

“Bizim hansısa hakimi almağımız barədə fikirlər tamamilə cəfəngiyyatdır. Gizlədiləsi heç nəyimiz yoxdur. Hesabatlar var. Bunlar “Barselona”nın həm A, həm də B komandalarının oyunlarından sonra hakimlərin idarəçiliyi ilə bağlıdır.

Əgər hakimlərə təsir etsəydik, onlar “Atletiko”nun qapısına vurduğumuz qolu ləğv etməzdilər. Həmin sayılmayan qol bizim La Liqanın qalibi olmağımızı əngəllədi. Bu haqda düşünmək belə yanlışdır. Mən çox misallar çəkə bilərəm”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər