Gökdeniz Karadeniz “Rubin”in baş məşqçisi təyin olunub
Türkiyə millisinin sabiq üzvü Gökdeniz Karadeniz “Rubin-2″nin baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, bu barədə Kazan klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Gökdeniz vaxtilə “Rubin”də futbolçu kimi çıxış edib.
O, yenidən bu klubun loqosu olan formanı geyməyə şad olduğunu bildirib: “Karyeramın ən yaxşı illərini burada keçirmişəm. İndi kluba yeni sahədə kömək etməyə çalışacam”.







