Gökhan Gönül karyerasını bitirdi
Türkiyə millisinin sabiq üzvü Gökhan Gönül futbolçu karyerasını bitirib.
Msport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu barədə instaqram səhifəsində paylaşım edib.
Gökhan son olaraq “Rizəspor”da çıxış edib.
Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində “Hacəttəpə”, “Fənərbağça” və “Beşiktaş”da forma geyinib. O, Türkiyə millisinin heyətində 66 matçda iştirak edib.
Royal Türksoy







