"Göstərəcəyik ki, nəyə qadirik" - Hakan Çalhanoğlu
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Mançester Siti” ilə keçiriləcək Çempionlar Liqasının final oyununu dəyərləndirib.
Msport.az xəbər verir ki, türkiyəli futbolçu özlərinə əmin olduqlarını ifadə edib:
“Rəqibimizi təhlil etmişik. Göstərəcəyik ki, nəyə qadirik. Biz qorxusuz oynamalıyıq.
Başa düşürük ki, rəqib də bütün gücünü qoymağa hazrdır.
Biz bu mövsüm böyük oyunlarda dominantlıq etmişik. Odur ki, bilirəm nəyə qadiriq və bunu nümayiş etdirməliyik.
Mən təzyiq hiss etmirəm. Digər komandalar üzərində qələbə qazandıqdan sonra inam yaranıb.
Qrup mərhələsində “Barselona”nı məğlub etdik. Belə oyunlar bizdə özünə inam yaratdı.
Titulu qazanmaq haqqında düşünürəm. Uşaq olandan bu barədə fikirləşmişəm. İnanıram ki, kuboka sahib ola biləcəyik”.
Xatırladaq ki, “Mançester Siti” – “İnter” final oyunu bu gün saat 23:00-da İstanbuldakı “Atatürk” stadionunda keçiriləcək.
ANAR







