featured-image-29796

“Mançester Siti”nin üzvü İlkay Gündoğan artıq üç aydırki “Barselona”yla razılaşıb.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, türk əsilli alman yarımmüdafiəçi ilə MS rəhbərliyi arasında keçirilən son görüş zamanı, o, “Barselona”ya keçmək istədiyini diqqətə çatdırıb. “Siti” rəhbərliyi İlkaya daha 1 mövsüm klubda qalmağı təklif etsə də, 32 yaşlı futbolçu bununla razılaşmayıb.

“Barsa”yla Gündoğan arasında 3 illik müqavilə bağlanacaq. Futbolçu maaşının azaldılmasına razılıq verib.

Qeyd edək ki, İlkay bu mövsüm 46 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Royal Türksoy

Bənzər xəbərlər