featured-image-32591

21 yaşlı futbolçular arasında Avropa çempionatı davam edir. Msport.az xəbər verir ki, Gürcüstan millisi Tiflisdəki Boris Payçadze adına stadionda İsraillə 1\4 final mərhələsinin oyununa çıxıb.

Matçı 44 338 azarkeş izləyib ki, bu da gənclər arasında qitə çempionatlarının rekordu olub.

Görüşün əsas və əlavə vaxtında qalib müəyyən olunmayıb. Penaltilər seriyasında İsrail komandası daha dəqiq oynayıb – 4:3.

İsrail yarımfinalda İngiltərə – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

 

Bənzər xəbərlər