featured-image-24692

Gürcüstan millisinin sabiq futbolçusu Şota Arveladze də ölkəsində aksiyaya çıxanları dəstəkləyib.

Msport.az xəbər verir ki, son olaraq “Hall Siti”ni çalışdırmış mütəxəssis Gürcüstanın gələcəyinin Avropa ilə bağlı olduğunu bəyan edib:

“Müstəqillik əldə edəndən bəri yaxşı, ya pis bir ölkə olmuşuq. Ancaq indiki mərhələdə özümüzə problemlər yaratmamalıyıq.

Biz Avropaya daxil olmuruq, biz onun bir hissəsiyik.

Yüz il əvvəl Sovet İttifaqı Sandro Axmetelini, Mixail Cavaxişvilini və digər dahi gürcüləri agent və casus sayırdı. Halbuki onlar vətənpərvər fəaliyyət göstərirdilər, tarix nəhayət, düzgün qiymət verdi.

Başqa fikirə və düşüncəyə görə, heç bir qanun insanı vətən xaini çıxara bilməz. Bünüt bunlar keçmişdə qaldı. Qəbul olunmuş qanun azad düşüncəyə qarşıdır”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər