Gürcüstan millisindən böyük hesablı qələbə
DÇ-2026-nln seçmə mərhələsinin oyunları davam edir.
Msport.az xəbər verir ki, Avropa zonasında bu günə nəzərdə tutulan ilk görüş başa çatıb.
Gürcüstan millisi Tbilisidə Bolqarıstanın qapısından 3 cavabsız top keçirib.
Meydan sahiblərinin heyətində Xviça Kvaratsxeliya, Nika Qaqnidze və Georgi Mikautadze fərqlənib.
Gürcüstan millisi E qrupunda 2 oyundan sonra 3 xal toplayıb.
Qrupun digər görüşü bu gün saat 22:45-də Türkiyə ilə İspaniya arasında olacaq.