featured-image-50003

“Düzünü desəm, oyundan əvvəl futbolçulara nə danışdığımı xatırlamıram. Amma mesaj öz futbolunu oynamaq idi. Top əlinizdə oldu-olmadı, intizamı qoruyun”.

Msport.az xəbər verir ki, bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Portuqaliyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis nə olur-olsun intizamı qorumağın vacibliyini söyləyib: “Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını heç düşünmədən xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər”.

Qeyd edək ki, F qrupunda baş tutan Gürcüstan – Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.

Bənzər xəbərlər