Gürcüstan millisinin daha bir üzvü İspaniyada oynayacaq
Gürcüstan millisinin daha bir futbolçusu Avropada oynayacaq. Msport.az xəbər verir ki, Luka Qaqnidze Sequndada mübarizə aparan “Qranada” ilə müqavilə bağlayıb.
İspaniya klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.
Gürcüstan yığmasında 5 oyun keçirən futbolçu 2021-ci ildən “Dinamo”da idi. Lakin Moskva klubu müxtəlif illərdə onu “Ural”, “Rakov” və “Krılya Sovetov”a icarəyə vermişdi.