Gürcüstan millisinin hücumçusu “Latsio”nun hədəfində
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri rəhbərlikdən yeni hücumçunun transfer edilməsini istəyib.
Msport.az xəbər verir ki, Roma təmsilçisinin rəhbərliyi artıq ilk seçimini edib. Belə ki, “Metz”in və Gürcüstan millisinin hücumçusu Georges Mikautadze “qartallar”ın əsas seçimidir. Rəhbərlik 22 yaşlı gürcü futbolçunun sürətini, driblinqini və bitiriciliyi bəyənirlər.
İmmobile ilə müqayisədə Mikautadze mərkəz hücumçusu mövqeyindən əlavə cinahlarda da oynaya bilir.
Liqa 2-nin son mövsümündə Mikautadze 37 oyun keçirib, 23 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı “Metz”in hücumçusunu 10 milyon avro qiymətləndirir.
Royal Türksoy







