featured-image-50095

Fransa təmsilçisi “Metz”in futbolçusu Georges Mikautadze klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, Almaniyadakı Avropa çempionatında uğurlu performans sərgiləyən gürcü hücumçunu “Monako” transfer edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 təmsilçisi 23 yaşlı forvardla şəxsi şərtləri razılaşdırıb. “Monako” Avropa çempionatı bitmədən transferi rəsmiləşdirmək istəyir.

Qeyd edək ki, Georges Mikautadze Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində meydana çıxdığı 3 oyunda 3 qol vurub. Onun “Metz”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər