Gürcüstan millisinin qapıçısı “Liverpul”a keçir
Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Qeorqi Mamardaşvili “Liverpul”a keçəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Mənbənin sözlərinə görə, qolkiper “Liverpul”a keçdikdən sonra “qırmızılar” onu “Bornmut”a icarəyə verəcək. 23 yaşlı futbolçu artıq şərtlərlə tanış olub və razılığını verib. O, formal olaraq “Liverpul”a 2025-2026-cı illər mövsümünün əvvəlində qoşulacaq.
İngilislər ona görə “Valensiya”ya 30 milyon avro təklif edib. Mamaradaşvilinin İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.