Gürcüstan millisinin üzvü Bolqarıstan çempionatında
Gürcüstan millisinin üzvü Laşa Dvali karyerasını Bolqarıstanda davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi “ÇSKA 1948” klubu ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti 2028-ci ilin iyununa qədərdir.
Gürcüstan millisində 45 oyun keçirən futbolçu son olaraq APOEL-in formasını geyinirdi. O, müxtəlif illərdə “Skonto” (Latviya), “Kasımpaşa” (Türkiyə), “Duysburq” (Almaniya), “Şlyönsk”, Poqon (hər ikisi Polşa), “İrtış” (Qazaxıstan), “Ferentsvaroş” (Macarıstan” klublarında çıxış edib.