Gürcüstan millisinin üzvü “Vilyarreal”a keçdi
Gürcüstan millisinin hücumçusu Georgi Mikutadze karyerasını İspaniya La Liqasında davam etdirəcək. Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu Fransanın “Lion” klubundan “Vilyarreal”a transfer olunub.
“Sarılar” forvardla 2031-ci ilə qədər müqavilə imzalayıb.
“Vilyarreal” Mikutadzeyə görə, 31 milyon avro ödəyəcək. “Lion” vaxtilə Mikutadzeni 18,5 milyon avroya transfer etmişdi.
Gürcüstan yığmasının üzvü əvəllər “Mets” və “Ayaks”da çıxış edib.