Haaland 200-cü qolunu vurdu
“Mançester Siti”nin futbolçusu Erlinq Haaland ötən gün karyerasının 200-cü qolunu vurub.
Msport.az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Sauthempon”la keçirilən matçda dubla imza atıb. Haaland 200 qol həddinə cəmi 244 oyunda çata bilib.
Qeyd edək ki, 22 yaşlı hücumçu daha əvvəl “Brüne”, “Mölde”, “Salsburq” və “Borussiya Dortmund”da da çıxış edib.
Royal Türksoy







