Haaland “Arsenal”la oyunu buraxa bilər
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Erlinq Haalandın “Arsenal”la oyunda meydana çıxacağına şübhə ilə yanaşır.
Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, norveçli hücumçu “Aston Villa” ilə son matçda fasilədə əvəzlənib.
O, ilk yarıda ombasından zərbə alıb: “Yaxın günlərdə biləcəyik, o, özünü necə hiss edəcək. Fasilədə həkimlərlə danışdım. Onlar dedilər ki, “risk etməyə dəyməz”. Onlarla razıyam. Güman edirəm ki, onun zədəsi ciddi deyil. Sabah dəqiq biləcəyik. Əgər hər hansı risk varsa, Haaland oynamayacaq”.
“Mançester Siti” və “Arsenal” İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində sabah üz-üzə gələcəklər.
ANAR ABDULLAYEV







