featured-image-25213

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının bir oyununda 5 qol vuran sayca 3-cü futbolçu olub.

Msport.az xəbər verir ki, buna qədər Avropanın ən nüfuzlu klub turnirində yalnız “Barselona”nın sabiq forvardı Lionel Messi və eks “Şaxtyor”lu Luis Adriano penta-trik edə bilib.

Argentinalı oyunçu 2012-ci ildə “Bayer”lə matçda 5 qol vurub. Luis Adriano isə 2014-cü ildə BATE ilə görüşdə 5 dəfə fərqlənib.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər