featured-image-29687

Erlinq Haaland jurnalistlərin versiyasına görə, İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib. Msport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu 72 faiz səs yığıb.

Premyer Liqa yaranan vaxtdan bu yana ən böyük üstünlüklə qələbə olub.

Səsvermədə “Arsenal”ın oyunçuları Bukayo Saka 2-ci, Martin Edeqor isə 3-cü yeri tutub. Kevin de Bruyne (“Mançester Siti”) 4-cü, Markus Reşford (“Mançester Yunayted”) 5-ci olub.

İngiltərədə ilk mövsümünü keçirən Haaland bütün turnirlərdə 47 oyunda 51 qol vurub və 8 məhsuldar ötürmə verib.

İlin ən yaxşı qadın futbolçusu mükafatı “Çelsi”dən Sem Kerrə təqdim olunacaq. Mükafatlandırma mərasimi mayın 25-də keçiriləcək.

ANAR 

Bənzər xəbərlər