featured-image-25640

İngiltərə millisinin sabiq üzvü “Nyukasl”ın əfsanəsi Alan Şirer Erlinq Haaland haqqında ağızdolusu danışıb. Msport.az BBC-yə istinadən xəbər verir ki, o, norveçli hücumçunun bir mövsümə 50-60 qol vura biləcəyini deyib:

“Haaland vəhşidir. O, qol maşınıdır. O, bununla nəfəs alır və yaşayır. Əgər qol vurmasa, gecə yata bilməz. Haaland mövsümə 50, hətta 60 qol vura bilər. Bu, inanılmazdır”.

“Mançester Siti”nin 22 yaşlı hücumçusu bu mövsüm 37 oyunda 42 qol vurub.

Qeyd edək ki, Şirer 260 qolla İngiltərə Premyer Liqası tarixinnin ən sərrast futbolçusudur.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər