Haaland mövsümün futbolçusu seçildi
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada mövsümün oyunçusu seçilib.
Msport.az xəbər verir ki, norveçli futbolçu 36 qol vuraraq, turnir tarixində bir mövsümə vurulan qol sayında mütləq rekordçu olub.
Ümumilikdə, Erlinq bu mövsüm bütün yarışlarda 52 dəfə fərqlənib. O, yalnız İngiltərədə 1927/28-ci illərdə “Everton”la 63 qol vuran Diks Dindən geri qalır.
Qeyd edək ki, mövsümün futbolçusu adına digər namizədlər Kevin De Bruyne, Harri Keyn, Martin Odeqard, Markus Reşford, Bukayo Saka və Kyeran Trippyer idi.
Royal Türksoy







