featured-image-31479

Erlinq Haaland azarkeşlər arasında keçirilən sorğuda “Mançester Siti”nin 2022/23 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Msport.az xəbər verir ki, norveçli forvard mövsüm ərzində keçirdiyi 53 matçda 52 qol vuraraq komandanın bombardiri olub.

Səsvermədə ikinci yeri yarımmüdafiəçi Kevin De Bruyne tutub. O, İngiltərə Premyer Liqasının ən yaxşı assistenti (16 məhsuldar ötürmə) olub. Üçüncü yeri müdafiəçi Natan Ake tutub.

Royal Türksoy

Bənzər xəbərlər