featured-image-28026

Erlinq Haaland ötən gün “Lester Siti”yə qarşı dubl edərək yeni uğura imza atıb.

Msport.az xəbər verir ki, norveçli forvard Premyer Liqada 32-ci qolunu vuraraq bir mövsüm ərzində ən çox qol vuran futbolçuların siyahısında Kriştiano Ronaldoyla Luis Suaresi ötüb. Haaland hazırda 38 tura 32 qol vuran Məhəmməd Salahla eyni pillədə qərarlaşıb.

Qeyd edək ki, rekord Alan Şerar və Endi Koula məxsusdu – 34 qol.

Royal Türksoy

Bənzər xəbərlər