featured-image-29777

“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sulşer klubdan ayrıldıqdan sonra ilk dəfə şəhərə gələrək azarkeşlərlə görüşüb.

Msport.az xəbər verir ki, norveçli mütəxəssis ad çəkməsə də, bildirib ki, vaxtilə Erlinq Haalandı “qırmızı şeytanlar”a təklif edib. Sulşer “Mölde”də işləyərkən, “Manşester Yunayted”ə istedadlı hücumçunu 4 milyon funta məsləhət görüb. Görüşdə olan hər kəs başa düşüb ki, söhbət Haalanddan gedir.

“Mançester Yunayted”də işləməmişdən 6 ay əvvəl onlara zəng vurdum və təklif etdim ki, bu forvardı 4 milyon funta alsınlar. Cəmi 4 milyona!

O, indi “Yunayted”də oynamalı idi. Lakin mənə qulaq asmadılar” – Sulşer belə deyib.

Qeyd edək ki, Haaland 2017-2018-ci illərdə “Mölde”də Sulşerlə birgə işləyib. O, ötən yay “Mançester Siti”yə transfer olunub.

ANAR

Bənzər xəbərlər