featured-image-25601

Erlinq Haaland “Mançester Siti”nin heyətində 37 oyunda 42 qol vurub. Msport.az xəbər verir ki, norveçli futbolçu İngiltərə kubokunun 1\4 final mərhələsinin “Börnli” ilə matçında het-trik edib. O, 32, 35 və 59-cu dəqiqələrdə fərqlənib. Haaland bu mövsüm “şəhərlilər”in heyətində 6 dəfə het-trik edib.

22 yaşlı oyunçu son 3 görüşdə 9 qol vurub. Halland Çempionlar Liqasında “Leyptsiq”lə görüşdə (7:0) penta-trik edib.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər