Hakan Çalhanoğlu qərarını açıqladı
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Msport.az xəbər verir ki, Türkiyə millisinin üzvü Milan təmsilçisində xoşbəxt olduğunu deyib.
“Qalatasaray”ın maraq dairəsində olan 31 yaşlı orta sahə oyunçusu İtaliya klubunda qalacağını söyləyib: “İnter”də xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm. Hər şeyə yenidən başlamağa hazıram. Məqsədim bu klubla titullar qazanmaqdır. Komanda yoldaşım Lautaro Martineslə birlikdə oynamağa hazırıq”.
Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub, 8 məhsuldar ötürmə verib.