Hakan Çalhanoğlu yeni müqavilə bağlayacaq
Hakan Çalhanoğlu “İnter”lə müqaviləsinin müddətini uzatmağa yaxındır. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Türkiyə millisinin üzvünün yeni müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Yaxın günlərdə Milan klubu bütün lazımı sənədləri qaydaya salacaq.
Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. “İnter” Hakanla anlaşdıqdan sonra digər futbolçusu Alessandro Bastoni ilə danışıqlara başlayacaq.
ANAR ABDULLAYEV







